1. Ümumi müddəalar
|
Hazırkı siyasət fərdi məlumatların işlənilməsi qaydasını və "Bohnenkamp" şirkətinin (bundan sonra - Operator) fərdi məlumatların təhlükəsizliyinin təmin olunması üçün gördüyü tədbirləri müəyyən edir.
|
1.1. Operatorun əsas məqsədi və fəaliyyətinin həyata keçirilməsinin şərti fərdi məlumatların işlənilməsi zamanı insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi, həmçinin şəxsi həyatın toxunulmazlığı, şəxsi və ailə sirri hüquqlarının müdafiəsidir.
|
1.2. Operatorun fərdi məlumatların işlənilməsinə dair hazırki siyasəti (bundan sonra - Siyasət) onun https://bohnenkamp.az veb-saytının ziyarətçiləri haqqında əldə edə biləcəyi bütün məlumatlara şamil edilir.
|
2. Siyasətdə istifadə olunan əsas anlayışlar
|
2.1. Fərdi məlumatların avtomatlaşdırılmış işlənilməsi - onların hesablama texnikası vasitələri ilə emalı;
|
2.2. Fərdi məlumatların bloklanması - fərdi məlumatların işlənilməsinin müvəqqəti olaraq dayandırılması (işlənilmənin fərdi məlumatların dəqiqləşdirilməsi üçün lazım olduğu hallar istisna olmaqla);
|
2.3. Veb-sayt - qrafik materialların və informasiya materiallarının, həmçinin https://bohnenkamp.az şəbəkə ünvanında internet şəbəkəsində onların əlçatanlığını təmin edən EHM üçün proqramların və məlumat bazalarının məcmusu.
|
2.4. Fərdi məlumatların informasiya sistemi - məlumat bazalarında olan fərdi məlumatların və onların işlənilməsini təmin edən informasiya texnologiyalarının və texniki vasitələrin məcmusu;
|
2.5. Fərdi məlumatların adsızlaşdırılması - fərdi məlumatların, əlavə məlumat olmadan müvafiq İstifadəçiyə və ya digər fərdi məlumat subyektinə mənsubluğunu müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması;
|
2.6. Fərdi məlumatların işlənilməsi- fərdi məlumatlar üzərində avtomatlaşdırma vasitələri istifadə olunmaqla və ya belə vasitələr istifadə olunmadan aparılan istənilən əməliyyat və ya əməliyyatlar toplusu, o cümlədən fərdi məlumatların toplanması, yazılması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (təzələnməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (yayılması, təqdim olunması, çıxış), adsızlaşdırılması, bloklanması, silinməsi, məhv edilməsi;
|
2.7. Operator- müstəqil surətdə və ya digər şəxslərlə birlikdə fərdi məlumatların işlənilməsini təşkil edən və (və ya) həyata keçirən, həmçinin fərdi məlumatların işlənilməsi məqsədlərini, işlənilən fərdi məlumatların tərkibini, fərdi məlumatlarla aparılan əməliyyatları müəyyən edən dövlət orqanı, bələdiyyə orqanı, hüquqi və ya fiziki şəxs;
|
2.8. Fərdi məlumatlar - müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən https://bohnenkamp.az veb-saytının İstifadəçisinə birbaşa və ya dolayısı ilə aid olan istənilən məlumat;
|
2.9. İstifadəçi - https://bohnenkamp.az veb-saytının istənilən ziyarətçisi;
|
2.10. Fərdi məlumatların təqdim olunması - fərdi məlumatların müəyyən şəxsə və ya müəyyən şəxslər dairəsinə açıqlanmasına yönələn hərəkətlər;
|
2.11. Fərdi məlumatların yayılması - fərdi məlumatların qeyri-müəyyən şəxslər dairəsinə açıqlanmasına (fərdi məlumatların ötürülməsi) və ya qeyri-müəyyən şəxslər dairəsinin fərdi məlumatlarla tanış edilməsinə yönəldilən istənilən hərəkətlər, o cümlədən, fərdi məlumatların kütləvi informasiya vasitələrində açıqlanması, informasiya-telekommunikasiya şəbəkələrində yerləşdirilməsi və ya fərdi məlumatlara hər hansı digər üsulla çıxış imkanının verilməsi;
|
2.12. Fərdi məlumatların transsərhəd ötürülməsi - fərdi məlumatların xarici dövlətin ərazisinə, xarici dövlətin hakimiyyət orqanına, xarici fiziki və ya hüquqi şəxsə ötürülməsi;
|
2.13. Fərdi məlumatların məhv edilməsi - fərdi məlumatların məzmununun fərdi məlumatların informasiya sistemində sonradan bərpası imkanı olmadan geri qaytarılmayacaq şəkildə məhv edildiyi və (və ya) fərdi məlumatların maddi daşıyıcılarının məhv edildiyi istənilən hərəkətlər.
|
3. Operator İstifadəçinin aşağıdakı fərdi məlumatlarının işlənilməsini həyata keçirə bilər:
|
3.1. Soyad, ad, ata adı;
|
3.2. Elektron poçt ünvanı;
|
3.3. Telefon nömrələri;
|
3.4. Həmçinin, saytda internet statistikası servisləri (Yandex Metrika və Google Analitika və s.) vasitəsilə ziyarətçilər barədə adsızlaşdırılmış məlumatların (o cüml., "cookie" fayllarının) toplanması və işlənilməsi həyata keçirilir.
|
3.5. Yuxarıda sadalanan məlumatlar Siyasətin mətnində sonradan ümumi Fərdi məlumatlar anlayışı ilə birləşdirilib.
|
4. Fərdi məlumatların işlənilməsi məqsədləri
|
4.1. İstifadəçinin fərdi məlumatlarının işlənilməsi məqsədi - İstifadəçinin elektron məktubların göndərilməsi vasitəsilə məlumatlandırılması; İstifadəçiyə xidmətlərə, veb-saytda olan məlumat və/və ya materiallara çıxış verilməsidir.
|
4.2. Həmçinin, Operator İstifadəçiyə yeni məhsul və xidmətlər, xüsusi təkliflər və müxtəlif hadisələr barədə bildiriş göndərmək hüququna malikdir. İstiadəçi Operatorun info@bohnenkamp.az elektron poçt ünvanına "Yeni məhsul və xidmətlər, xüsusi təkliflər barədə bildirişlərdən imtina" qeydi ilə məktub göndərməklə, informasiya xarakterli mesajları almaqdan hər zaman imtina edə bilər.
|
4.3. İstifadəçilərin internet statistika servisləri vasitəsilə toplanılan adsızlaşdırılmış məlumatları İstifadəçilərin hərəkətləri barədə məlumatların toplanılması, saytın keyfiyyətinin və məzmununu yaxşılaşdırılması üçün istifadə olunur.
|
5. Fərdi məlumatların işlənilməsinin hüquqi əsasları
|
5.1. Operator İstifadəçinin fərdi məlumatlarını yalnız onlar İstifadəçi tərəfindən https://bohnenkamp.az saytında yerləşdirilən xüsusi formalar vasitəsilə müstəqil şəkildə doldurulduqda və/və ya göndərildikdə emal edir. Müvafiq formaları doldurmaqla və/və ya fərdi məlumatlarını Operatora göndərməklə, İstifadəçi bu Siyasətlə razılığını ifadə edir.
|
5.2. Operator İstifadəçi barədə adsızlaşdırılmış məlumatları İstifadəçinin brauzer parametrlərində icazə verildiyi ("cookie" fayllarının saxlanılması funksiyası və JavaScript texnologiyasından istifadə aktivdir) halda emal edir.
|
6. Fərdi məlumatların toplanılması, saxlanılması, ötürülməsi və digər işlənilmə növlərinin qaydası
|
Operator tərəfindən işlənilən fərdi məlumatların təhlükəsizliyi fərdi məlumatların mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə tam əməl olunması üçün lazım olan hüquqi, təşkilati və texniki tədbirlərin görülməsi vasitəsilə təmin olunur.
|
6.1. Operator fərdi məlumatların təhlükəsizliyini təmin edir və səlahiyyəti olmayan şəxslərin onlara çıxışını istisna edən bütün mümkün tədbirləri görür.
|
6.2. Qüvvədə olan qanunvericiliyə əməl edilməsi ilə əlaqəli hallar istisna olmaqla, İstifadəçinin fərdi məlumatları heç vaxt, heç bir şəraitdə üçüncü şəxslərə ötürülməyəcək.
|
6.3. Fərdi məlumatlarda qeyri-dəqiqliklər aşkar edildikdə, İstifadəçi Operatorun info@bohnenkamp.az elektron poçt ünvanına "Fərdi məlumatların yenilənməsi" qeydi ilə bildiriş göndərməklə, onları müstəqil surətdə təzələyə bilər.
|
6.4. Fərdi məlumatların işlənilməsi müddəti qeyri-məhduddur. İstifadəçi Operatorun info@bohnenkamp.az elektron poçt ünvanına "Fərdi məlumatların işlənilməsinə razılığın geri çağırılması" qeydi ilə bildiriş göndərməklə, fərdi məlumatların işlənilməsinə razılığını istənilən vaxt geri çağıra bilər.
|
7. Fərdi məlumatların transsərhəd ötürülməsi
|
7.1. Fərdi məlumatların transsərhəd ötürülməsini həyata keçirməzdən əvvəl Operator fərdi məlumatların ötürüləcəyi xarici dövlətdə fərdi məlumat subyektlərini hüquqlarının etibarlı şəkildə mühafizəsinin təmin olunduğundan əmin olmalıdır.
|
7.2. Fərdi məlumatların yuxarıda göstərilən tələblərə cavab verəyən xarici dövlətlərin ərazisinə transsərhəd ötürülməsi yalnız fərdi məlumat subyektinin fərdi məlumatların transsərhəd ötürülməsinə yazılı razılığı olduqda və/və ya fərdi məlumat subyektinin tərəfi olduğu müqavilə icra olunduqda həyata keçirilə bilər.
|
8. Yekun müddəalar
|
8.1. İstifadəçi info@bohnenkamp.az elektron poçt ünvanı ilə Operatora müraciət edərək onun fərdi məlumatlarının işlənilməsinə aid olan maraqlandıran məsələlərlə bağlı istənilən izahatları ala bilər.
|
8.2. Bu sənəddə Operator tərəfindən fərdi məlumatların işlənilməsi siyasətində edilən istənilən dəyişikliklər əks etdiriləcək. Siyasət yeni versiya ilə əvəz olunana qədər müddətsizdir.
|
8.3. Siyasətin aktual versiyası internet şəbəkəsində https://bohnenkamp.az/company/privacy/ ünvanında sərbəst çıxışdadır.
|