1950-ci ildə Osnabrükdə (Almaniya) təsis edilən Bohnenkamp AG şirkəti Avropada sənaye, kənd təsərrüfatı, mədənçıxarma və digər xüsusi texnika, həmçinin yük avtomobilləri və qoşqular üçün şin, polad disk, kamera, komplekt təkər təchizatçısıdır. Şirkət, həmçinin kənd təsərrüfatı avadanlığı üçün ox və digər komplektləşdiricilərin geniş çeşidlərini təklif edir.
Bohnenkamp şirkətinin əsas üstünlükləri
Xüsusi texnika sahəsi - fəaliyyətimizin tərkib hissəsidir. Standart məhsullardan xüsusi fərdi işləmələrə qədər.
Uzun illər boyu aparıcı dünya istehsalçıları ilə əməkdaşlıq edirik. Beləliklə, müştərilərimiz istənilən tələbatları qarşılayan uyğun məhsulu tapmaq imkanı əldə edir.
Səriştəli, etibarlı, tərəfdaşlıq səviyyəsində. İşçilərimizin təcrübəsi və səyləri sizə göstərilən xidmətdə təcəssüm olunur.
Satış və müştəri xidmətləri komandalarımız zəngin təcrübəyə malikdir və kompleks həllərin axtarışında qətiyyətlidir. Müəssisənin dəqiq strukturu və qərar qəbulunun birbaşa yolları sayəsində onlar hər zaman üzərinə məsuliyyət götürməyə və müştərinin tələbatlarına tez reaksiya verməyə hazırdır.
Lazım olan məhsul lazım olan vaxtda. Müasir anbar sistemi və nəqliyyat logistikası etibarlı çatdrıılmaya zəmanət verir.
Bohnenkamp müştərisi kimi ən geniş məhsul çeşidinin əlçatanlığına və etibarlı çatdırılmaya arxalana bilərsiniz. Anbada milyondan artıq məhsul mövqeyi, bütün Avropada 130000 m² anbar sahəsi, həmçinin şaxələnmiş müasir anbar və nəlqiyyat logistikası şəbəkəsi ilə biz məhsulları təyinat yerinə vaxtında çatdırırıq.