Keyfiyyətə zəmanət

Bohnenkamp MƏHSULLARININ KEYFİYYƏTİ 

Bizim üçün keyfiyyət başdan sonadək mükəmməlik uğrunda aparılan mübarizə deməkdir. Dizayndan və material seçimindən başlayaraq, daha sonra istehsal və yoxlama mərhələsində, sonra isə logistika, sifarişlərin, materialların, insanların və detalların idarə olunması üzrə bütün  əməliyyatlarda - son sınağa qədər. Bütün bu mərhələlərdə öz səhvlərimizi görüb, onların üzərində işləmişik.
İstənilən şirkətdə səhvlərə yol verilir. Bu qaçılmazdır. Bohnenkamp-da keyfiyyətlə işə 4 vacib mərhələ üzrə fəal yanaşma ilə bu problemi qəbul edirik.
Layihələndirmədə və istehsalda keyfiyyət 
İdeyanın konsepsiyasından, layihələndirmə mərhələsindən prototipin hazırlanmasına, daha sonra isə yekun istehsalda keyfiyyət - prosesin mərkəzi hissəsidir.
Logistikada keyfiyyət 
Zavod istehsalından distribusiya montaj mərkəzlərinə, daha sonra isə müştəriyə. Məhsulların hərəkəti və emalına hərtərəfli keyfiyyətə zəmanət sistemi tətbiq olunur.
İddia işi 
Bəzən səhvlərə yol verilir. Bu halda bütün lazımi məlumatların qeydə alınmasını təmin etmək üçün Bohnenkamp mükəmməl iddia idarəetmə sistemini tətbiq edir.
Keyfiyyətə nəzarət komandası hər iddia ilə işləməyi tapşırır. Məhsulların keyfiyyətinə dair bütün iddialara Baş mühəndisimiz tərəfindən nəzarət olunur.
Biz nələr öyrəndik 
Heç vaxt səhv etməsək, heç vaxt öyrənə bilmərik. Lakin Bohnenkamp öz səhvlərindən dərs çıxarır ki, eyni səhvə təkrar yol verməsin. Ən azından, bu bizim məqsədimizdir. Bunu bütün iddiaları qeyd alaraq edirik. Təşkilatın bütün səviyyələrində bütün bölmələrində keçirilən MDW-də həftəlik müşavirələrimiz zamanı təkmilləşmək üçün şirkətimizdə "dərrakəli düşünyəcə sahib beyinlər" təşəbbüsünü istifadə edirik.  Məhsullarımızın bir çoxu bazarda unikaldır. Bununla qürur duyuruq. Təkərə və ya şinə qatdığımız həqiqi dəyər xidmətin keyfiyyətində, əlçatanlıqda və təkmil biliklərdədir. Biz bu prinsipləri müştərilərimiz üçün əlçatan etmək məqsədilə Bohnenkamp-da onları daima dəstəkləməyə çalışırıq.
İDDİALARA MÜNASİBƏTİMİZ
Şirkətin öz səhvləri üzərində işləməsi, onun başqaları üçün strateji tərəfdaş kimi etibarlı olduğunu göstərir.  Bohnenkamp istehlakçıların iddialarına çox ciddi yanaşır! Baxmayaraq ki, məhsulların istehsalı və təchizatında əməliyyatların səhvsiz aparılması üçün çalışırıq, Bohnenkamp insan xətalarının və maddi səhvlərin bəzən buraxıldığını qəbul edir.
İddialarımızın sayı az olur, lakin onlar yarandıqda, problemin həlli üçün bütün lazımi ehtiyatları cəlb edirik.
Bohnenkamp üçün müştərinin istənilən iddiası ciddi məsələdir. Bu bizi başlanğıc nöqtəmizdir!
Araşdırmalar və qiymətləndirmə apararaq, öz səhvlərimizdən dərs çıxararaq, istehlakçıların inamını qoruyub saxlayır, məhsullarımızı və şirkətimizi təkmilləşdirir, bununla gələcəkdə belə səhvlərin yaranma riskini azaldırıq.
Təcrübədə məhsulun keyfiyyətinə aid olan bütün iddiaları baş mühəndis və ya məhsula və müştəriyə görə məsul menecer qəbul edir. Məhsul və ya istehsalat səhvləri araşdırılır və qeydə alınır, bu isə işi işi məhsullarla əlaqəli olan bütün işçilərə çatdırılan vacib məlumatlarla təmin edir və ya nəzərdən keçirilən məhsulu emal edir, qərarın tapıldığına və həyata keçirildiyinə, nəticənin müştəriyə bildirildiyinə zəmanət verir.
Potensial səhvlərin müştəriyə çatana qədər aradan qaldırılmasını təmin etməyə çalışırıq, lakin səhvlər baş verdikdə, əks əlaqəli və müştəri ilə dialoq vacib resurs hesab edilir.
Logistika zəncirində baş verə biləcək istənilən səhvlərin, o cümlədən insan xətalarının həllinə və ya təkmilləşdirilməsi tələb olunan prosedurlara yanaşmamız eynidir.  Bir daha qeyd etmək istəyərdik ki, belə iddiaları müvafiq baş menecer qəbul edir, problemin həll olunması və gələcəkdə belə iddiaların olmaması məqsədilə daha sonra onlar buna cəlb edilən işçilərlə sıx əməkdaşlıqda qiymətləndirilir.
Bohnenkamp-ın ZƏMANƏT ÖHDƏLİKLƏRİ 
Bohnenkamp şirkəti bildirir ki, təchiz etdiyi bütün şinlərə və şinlərin və təkərlərin komplektasiyası üçün nəzərdə tutulan digər texniki rezin məmulatlara-gediş kameraları, çənbər lentləri, ventillər və s., həmçinin təkərlərə və komplektdə şinlərlə təkərlərə məhdudiyyətsiz olaraq istehsalçıların müddəaları hazırkı öhdəliklərə daxil edilən zəmanət qaydaları şamil edilir.
Nəqliyyat vasitəsinin şinlərə, yüklənməyə, hərəkət sürətinə aid olan göstərişlərə münasibətdə istismar qaydalarına (istismara dair təlimat, operatorun təlimatları və s.), həmçinin normativ-texniki sənədlərdə nəzərdə tutulan, bu nəqliyyat vasitəsində istifadə olunan şin kateqoriyasına şamil edilən şinlərin istismar, daşınma və saxlanma qaydalarına əməl edilməsi şərti ilə, mexaniki zədələr və təmir izləri olmadıqda aşağıdakılara zəmanət verilir:
şinlərin, texniki rezin məmulatların və təkərlərin ETRTO, TRA, ГОСТ standartlarının texniki tələblərinə və istehsalçının texniki parametrlərinə uyğunluğu; 
şinlər məcburi sertifikasiya olunduqda, onların bu nəqliyyat vasitəsində istifadə olunan şin kateqoriyasına şamil edilən BMT-nin AİK Qaydalarının və (və ya) Aİ Göstərişlərinin, RF Texniki Reqlamentlərinin texniki tələblərinə uyğunluğu; 
şinin bütün istismar müddətində istehsal nöqsanlarının olmaması.
İstismar müddəti protektorun naxışı tam köhnəldikdə bitir. Protektorda xüsusi işarələnmiş yerlərdə (aşınma indikatorları) ölçülən naxış dərinliyi 0 mm-ə çatdıqda və ya protektor zonasında karkas ipləri yaxud məftili çılpaqlaşdıqda tamamilə köhnəlmiş hesab edilir.
Şin tam köhnəlmədikdə, nəqliyyat vasitəsində istifadə olunan şin kateqoriyasına şamil edilən normativ-texniki sənədlərdə digəri nəzərdə tutulmadıqda, maksimal istismar və saxlanma müddəti şinin istehsal tarixindən sonra 5 il təşkil edir. İstehsal tarixinin nişanlaması şinin yan tərəfində yerləşir, o zavod nömrəsinin və şinin DOT kodunun nişanlaması ilə birləşdirilə bilər.
İstismar zamanı şinlərin təbii aşınması istehsalat nöqsanı hesab edilmir.
Nöqsan yarandıqda, məhsulun keyfiyyətinin yoxlanılması (texniki ekspertiza) üçün Bohnenkamp nümayəndəliyinə aşağıdakılar təqdim olunmalıdır:
Komplektdə nöqsanlı şinlə təkər. 
Doldurulmuş reklamasiya ərizəsi (bu səhifənin aşağısında və internet mağazasında var). 
Alışı və ya təchizatı təsdiq edən sənəd (qaimə, qəbz, müqavilə və s.). 
Müstəsna hallarda, obyektiv səbəblərə görə 1-ci bəndə uyğun olaraq şinin təqdim olunması imkanı olmadıqda, hər iki tərəfin razılığı ilə məhsulun keyfiyyətinin yoxlanılması (texniki ekspertizası) fotoşəkillər və digər məlumat daşıyıcıları əsasında məsafədən aparıla bilər. Fotoşəkillər aydın olmalı, rənglər təhrif olunmamalıdır. Hər müvafiq hal üçün lazım olan fotoşəkillərin siyahısını yoxlama (ekspertiza) aparan şəxs müəyyən edir.
Zavod nöqsanları və ya texniki tələblərə uyğunsuzluq aşkar olunduqda, Bohnenkamp nöqsanlı məmulatın və ya komplektə yaxud yığım vahidinə daxil olan nöqsanlı komplektləşdiricinin dərhal dəyişdiriləcəyinə zəmanət verir.   Eyni və ya qiyməti və istismar xassələri ekvivalent olan məmulat olmadıqda, məhsulun tam və ya istifadə olunmayan dəyəri geri qaytarılır.
Şin nöqsan yaranana qədər lazımi qaydada istismar olunduqda, istifadə olunmayan dəyər qarşılana bilər. Bu dəyər protektorun naxışının qalıq dərinliyinə əsasən hesablanır.
Zəmanət yalnız bilavasitə çatdırılan məhsullara şamil edilir. Şinlərin və təkərlərin montajı, nəqliyyat vasitəsinin boşdayanması, təmiri və daşınması, nöqsanlı məhsulların çatdırılması və dəyişdirilməsi, üçüncü tərəfin texniki ekspertizasının ödənilməsi, tibbi xərclər, hüquqi xərclər və s. kimi bütün dolayı xərc növləri hazırkı zəmanət öhdəliklərinin təsirinə daxil deyil.
Şindəki nöqsanın xarakterinin müəyyən edilməsi üçün məhsulun keyfiyyətinin yoxlanılması (texniki ekspertiza) Bohnenkamp şirkətinin, Elmi-Tədqiqat Şin Sənayesi İnstitutunda "Şina-Tezis" Elmi-Konsultasiya Mərkəzində təlim keçən və bu fəaliyyət növü üçün səriştəliliyini təsdiq edən sənədlərə malik olan mütəxəssisləri tərəfindən aparılır.
Bohnenkamp şirkəti əvvəlcədən məlumatlandırmadan hazırkı öhdəliklərdə dəyişiklik etmək hüququnu özündə saxlayır.