Balkrishna Industries Ltd. (BKT) - Hindistanda yerləşən şin istehsalı şirkətidir. BKT Qrupu kənd təsərrüfatı, sənaye, yerqazan və mədənçıxarma texnikası, həmçinin yüksək keçiciliyə malik maşınlar və bağçılıq avadanlığı üçün xüsusilə hazırlanmış yolsuzluq şinlərin daima yenilənən, geniş çeşidlərini təklif edir.
Kenda Rubber Industrial Company - Tayvanda şin istehsalçısı. 1962-cı ildə təsis olunub. İstehsal gücləri Tayvanda, Materik Çinində, Vyetnamda və İndoneziyada yerləşir. Kenda dünyanın, avtomobillər, motosikllər, kvadrosikllər, velosipedlər, əlil arabaları, qolf maşınları, qazonlara qulluq avadanlığı, qoşqular, yükləyicilər və kənd təsərrüfatı maşınları üçün aparıcı şin və kamera istehsalçılarından biridir.
Şirkət anbar və sənaye texnikası, çəngəlli və frontal yükləyicilər, yol-tikinti texnikası, meşə və kənd təsərrüfatı texnikası üçün şinləri təchiz edir. (STARCO)
Nexen Tire Corporation - baş qərargahı Cənubu Kyonsan vilayəti Yansanda və Cənubi Koreya Seulda yerləşən şin istehsalçısı. 1942-ci ildə Heung-A Tire Company kimi təsis olunub. Şirkətin adı "Next Century Tire" marketinq altbaşlığında göstərilib. Şirkətdə 2000-dən artıq insan işləyir və hal-hazırda dünyanın 120 ölkəsinə məhsullarını ixrac edir.
İtaliyanın FAD ASSALI şirkəti kənd təsərrüfatı və sənaye bazarında qoşqu və digər texnika üçün ox, təkər topu və asqı istehsalı ilə məşğuldur.
Türkiyənin JANTSA şirkəti 1977-ci ildə təsis olunub və Avropada kommersiya, sənaye və kənd təsərrüfatı texnikası üçün ən böyük polad disk istehsalçılarından biridir. 7000-dən artıq müxtəlif konstruksiyanın 300 tip ölçüsü istehsal olunur. JANTSA məhsullarını OEM-müştərilərinə və təkrar bazara təchiz edir, məhsulların 80%-i dünyanın 85 ölkəsinə ixrac olunur.