Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satışı sahəsində regional şirkət kimi təsis olunan Bohnenkamp Group bütün Avropada peşəkarları hərəkətə gətirir. Eyni zamanda biz kiçik ailə müəssisəsi abu-havasını saxlamağa çalışdıq. Kompleks konsultasiyalar, etibarlı xidmət və müştərilərlə canlı təmas hər zaman fəaliyyətimizdə əsas yer tutub və diqqət mərkəzimizdə olub.
Məhsul çeşidlərimizə şinlər, disklər, kameralar, komplekt təkərlər və kənd, meşə təsərrüfatında, mədənçıxarma sənayesində, tikintidə, yük daşımalarında işləyən texnika, həmçinin digər xüsusi texnika üçün digər komplektləşdiricilər daxildir.
Topdan satış şirkəti kimi ixtisaslaşmış texnika dilerləri və istehsalçılarına etimad edirik. Ekspertlərimiz həm ayrı-ayrı istehsalçılara, həm böyük texnika parkı sahiblərinə konsultasiya dəstəyi göstərəcək, həmçinin maşın və avadanlıq istehsalçıları üçün komplektləşdirici təchizatında xüsusi həllərin hazırlanmasında köməklik göstərəcək.
Müxtəlif sahələrdən texnika dilerləri və istifadəçiləri ilə daimi dialoq sayəsində yeni tələblərə sürətli və çevik şəkildə cavab verə bilirik. Bunun əsasında məhsul çeşidlərimizi daima genişləndirir və müxtəlif sahələrdə xidmətimizi inkişaf etdiririk.
Bir neçə onilliklər ərzində regional ticarət müəssisəsindən aparıcı ümumavropa ticarət qrupuna qədər yol qət etmişik.
1950-ci ildə Fridel Bonenkamp Osnabryukda nəqliyyat vasitələri üçün komplektləşdiricilərin satışı ilə məşğul olan müəssisə təsis edib. Beləliklə, o Bohnenkamp-ı regional ticarət müəssisəsindən peşəkar istifadə üçün şin və təkər sahəsində ISO standartı üzrə sertifikatlaşdırılan aparıcı, güclü ümumavropa ticarət qrupuna çevirən inkişaf prosesini işə saldı.
Atter sənaye regionuna köçdükdən sonra Bohnenkamp davamlı olaraq inkişaf edib. Almaniya və Avropada yeni dislokasiya yerlərinin və filialların yaranması ilə yerində optimal xidməti təmin edən güclü logistik satış şəbəkəsi yarandı.
2008-ci ildə Friedel & Gisela Bohnenkamp Stiftung Fondunun təsis olunması ilə Bohnenkamp şirkəti regionda insanlara görə artan ictimai məsuliyyəti üzərinə götürüb. Fond Osnabryuk regionunda yenilikçi təhsil layihələrini dəstəkləyir və Bohnenkamp Group-un əsas səhmdarıdır.
2012-ci ildə Osnabrükdə yeni logistika mərkəzinin açılması və bütün qrup üçün əsas logistika qovşağına çevrilməsi uğur tarixçəmizdə vacib mərhələ oldu. Şimali və Şərqi Avropa bazarlarının açılması tarixçəmizdə yeni səhifə oldu. 2016-cı ildə STARCO Qrupunun ticarət biznesinin alınması sayəsində gələcəyə doğru növbəti vacib addımı atdıq.
Xüsusi texnika sahəsi - fəaliyyətimizin tərkib hissəsidir. Standart məhsullardan xüsusi fərdi işləmələrə qədər.
Uzun illər boyu aparıcı dünya istehsalçıları ilə əməkdaşlıq edirik. Beləliklə, müştərilərimiz istənilən tələbatları qarşılayan uyğun məhsulu tapmaq imkanı əldə edir.
İstər şin və ya komplekt təkərlər, kameralar və ya digər komplektləşdiricilər, istərsə də standart məhsullar və ya yeni texnika üçün xüsusi işləmələr olsun- bütün məhsullarımız keyfiyyəti və etibarlılığı, uzun istismar müddəti və qənaətliliyi ilə fərqlənir. Xüsusi texnika istehsalçılarını tərəfdaşlarımız kimi dəstəkləyir və onlara OEM keyfiyyətli ISO sertifikatlı həllər təklif edirik.
Məhsulların işlənilməsindən kiçik və ya böyük həcmdə vaxtında təchizatına qədər bütün mərhələləri əhatə edən xidmətimiz hər zaman müştərilərimizin tərəfindədir. Bu, həmçinin, komplektləşdiricilərin təchizatı xidmətimizə də aiddir. Biz treyler və xüsusi maşınlar üçün müvafiq texnika və təkərlərə xüsusi uyğunlaşdırılan oxların ayrı-ayrı komponentlərindən hazır qovşaqlara qədər komplektləşdiriciləri təchiz edirik.
Səriştəli, etibarlı, tərəfdaşlıq səviyyəsində. İşçilərimizin təcrübəsi və səyləri sizə göstərilən xidmətdə təcəssüm olunur.
Satış və müştəri xidmətləri komandalarımız zəngin təcrübəyə malikdir və kompleks həllərin axtarışında qətiyyətlidir. Müəssisənin dəqiq strukturu və qərar qəbulunun birbaşa yolları sayəsində onlar hər zaman üzərinə məsuliyyət götürməyə və müştərinin tələbatlarına tez reaksiya verməyə hazırdır.
Sertifikatlaşdırılmış təhsil proqramımız və daimi təcrübə dövrü işçilərimizi təkmilləşdirmə və həm peşəkar, həm şəxsi inkişaf imkanı ilə təmin edir. Müəssisəsimizdə işin davamlılığı seçdiyimiz yolun doğruluğunu sübut edir.
Ekspertlərimizin dəstəyi onlayn mağaza və tətbiqdir. Bunlar sayəsində müştərinin tam məhsul çeşidlərinə və bütün texniki məlumatlara gecə-gündüz çıxışı olur.
Lazım olan məhsul lazım olan vaxtda. Müasir anbar sistemi və nəqliyyat logistikası etibarlı çatdrıılmaya zəmanət verir.
Bohnenkamp müştərisi kimi ən geniş məhsul çeşidinin əlçatanlığına və etibarlı çatdırılmaya arxalana bilərsiniz. Anbada milyondan artıq məhsul mövqeyi, bütün Avropada 130000 m² anbar sahəsi, həmçinin şaxələnmiş müasir anbar və nəlqiyyat logistikası şəbəkəsi ilə biz məhsulları təyinat yerinə vaxtında çatdırırıq.
Hər il bizə bütün dünyadan 85000 tondan artıq məhsullar daxil olur. Sifariş olunan məhsullar anbara daxil olduqdan dərhal sonra müştərilərimiz üçün əlçatan olur.
Şəxsi yığım xətlərində hər il 3-52 düymlük oturma diametri ilə 950-yə qədər təkəri peşəkar və sürətli şəkildə toplayırıq. Əlarabaları üçün sadə təkərlərdən sənaye və iriqabaritli texnika üçün güclü traktorlar üçün təkərlərə və kipləşdirici halqalarla təkərlərə qədər. Flotasiya şinləri bazarında Avropada bütün təchiz olunan təkərlərin tam optimallaşdırılmış yığımını təklif edən yeganə təchizatçıyıq.
Nəticədə, anbar sistemimiz, çatdırılma xidmətimiz və etibarlı logistika şirkətləri ilə əməkdaşlığımız sayəsində məhsulların növbəti gün dəqiq və sürətli çatdırılması üçün zəmin yaradırıq.
Gördüyümüz bütün işlərdə müştərilərimizin-texnika dilerləri və istehsalçıların uğuru bizim öncəliyimizdir. Bu gün və gələcəkdə.
Bohnenkamp öz fəaliyyətində hər zaman ekspertlərin biliklərinə, təcrübəyə, əməkdaşlığa, müştərilərin tələbatları barədə dərin anlayışa və istehsalat mühitinə əsaslanır.
Tərəfdaşlarımıza- şin dilerlərinə, kənd təsərrüfatı və digər xüsusi texnika təchizatçılarına, servis mərkəzlərinə geniş məhsul çeşidləri, anbarlarda əlçatanlıq, yüksək xidmət səviyyəsi, fərdi konsultasiya, fərdi həllər və müasir təchizat, bir sözlə, bütün lazım olanları təklif etməyə hazırıq.
Texnika istehsalçılarına şəxsi konsultant komandamızın texniki sənədlərin hazırlanmasından məhsulların sifarişçiyə vaxtında çatdırılmasına qədər müşayiətini təqdim edirik. Keyfiyyət menecment və ISO standartı üzrə sertifikatlaşdırılan nümayəndəliklərimiz sayəsində hər mərhələdə bütün müştərilər üçün yüksək xidmət standartlarına zəmanət veririk